13 
May
2022
18:48
35
328
3409
Virtual karabakh

Şimali Koreyada yüz minlərlə insan “naməlum qızdırma”dan əziyyət çəkir

13 May, 2022
18:48
3409

Şimali Koreyada yüz minlərlə insan “naməlum qızdırma”dan əziyyət çəkir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

KXDR-də aprelin sonunda qeydə alınan “naməlum qızdırma” epidemiyası 350 min insana təsir edib, onlardan 162 mini artıq müalicə olunub.

Bu barədə “Yonhap” agentliyi Şimali Koreya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, təkcə mayın 12-də ölkə üzrə 18 000 insana qızdırma diaqnozu qoyulub. Ümumiyyətlə, 187 000 insan karantinə alınıb.

Xatırladaq ki, bir gün əvvəl KXDR-də 18 mindən çox COVID-19 xəstəsinin aşkarlandığı, onlardan altısının öldüyü bildirilmişdi. Bununla əlaqədar olaraq ilk dəfə tibbi maskada görünən Şimali Koreya lideri Kim Çen In KXDR-də fövqəladə vəziyyətin yarandığını elan edib və hökumətə xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün səviyyələrdə mükəmməl işləməyi əmr edib. Həmçinin o, ölkədə xəstəliyin yayıldığı mahal və şəhərlərin qapanmasını əmr edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri