14 
May
2022
11:41
35
272
1697
Virtual karabakh

Ukrayna DİN: “Rusiya genişmiqyaslı müharibənin üçüncü mərhələsinə daxil olub”

14 May, 2022
11:41
1697

Ukrayna DİN: “Rusiya genişmiqyaslı müharibənin üçüncü mərhələsinə daxil olub”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya Ukraynada genişmiqyaslı müharibənin üçüncü mərhələsinə qədəm qoyub və uzunmüddətli döyüşə hazırlaşır”.

Bu barədə Ümumukrayna telemarafonunun efirində ölkənin daxili işlər nazirinin müşaviri Viktor Andrusiv məlumat verib.

O qeyd edib ki, birinci mərhələ Ukraynanı “bir neçə günə ələ keçirmək cəhdi”, ikincisi - Ukrayna Müdafiə Qüvvələrinin şərqdə geniş mühasirəyə alınmasıdır.

Andrusiv həmçinin bildirib ki, işğalçılar sərhədlərin müdafiəsinə hazırlaşmağa başlayıblar:

“İndi üçüncü mərhələ başlayıb – onlar dayandıqları xətlərin müdafiəsinə hazırlaşmağa başlayıblar. Bu, onların müharibəni çox uzunmüddətli müharibəyə çevirmək qərarına gəldiklərini göstərir... Onlar ümid edirlər ki, müharibənin yaradacağı böhranlar Qərbi onlarla danışıqlar masası arxasına oturtmasına səbəb olacaq və Qərb bizi nəyəsə dəyişməyə çalışacaq”.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri