15 
May
2022
03:20
224
48
1603
Virtual karabakh

“Azovstal” müdafiəçilərinin yaxınları Çindən vəziyyətə müdaxilə etməsini xahiş edirlər

15 May, 2022
03:20
1603

“Azovstal” müdafiəçilərinin yaxınları Çindən vəziyyətə müdaxilə etməsini xahiş edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azovstal” müdafiəçilərinin yaxınları Çini Ukrayna hərbçilərinin Mariupoldan çıxarılmasına kömək etməyə çağırıblar.

Döyüşçülərin yaxınları mayın 14-də keçirdikləri mətbuat konfransında bununla bağlı bəyanat səsləndiriblər.

"Biz Çindən xahiş edirik ki, bu müharibəyə müdaxilə etsin və bu müharibədə sülhməramlı qismində çıxış etsin, bizim Mariupoldakı, “Azovstal”dan olan əsgərlərimizin xilaskarına çevrilsin. Zaman keçir, günlər, dəqiqələr, saniyələr keçir. Əsgərlərimiz artıq cəhənnəmi görüblər, onlara günəşi görmək imkanı verin” – deyə Mariupol müdafiəçilərinin yaxınları ümumi bəyanatda istəklərini səsləndiriblər.

Müdafiəçilərin qohumları “Çinin əzabların tarixini, müstəqilliyin dəyərini və iki dünyagörüşü arasındakı mübarizənin nə olduğunu bildiyini” xatırladıb və Çinin "kənarda durmayacağına və susmayacağına" ümid etdiyini bildiriblər.

Mənbə: Pravda.com.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri