15 
May
2022
03:05
650
282
10952
Virtual karabakh

“Avroviziya-2022”nin qalibi Ukrayna oldu - YENİLƏNİB + VİDEO

15 May, 2022
03:05
10952

“Avroviziya-2022”nin qalibi Ukrayna oldu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya 2022” mahnı müsabiqəsinin qalibi bəlli olub.

Oxu.Az xəbər verir ki, 25 ölkənin qatıldığı müsabiqənin finalında səsvermənin nəticələri açıqlanıb.

Belə ki, yekunda 631 xal toplayan Ukrayna təmsilçiləri yarışın qalibi olublar.

İkinci və üçüncü yerləri müvafiq olaraq 466 və 459 xal toplayan Böyük Britaniya və İspaniya təmsilçiləri tutublar.

“İlk beşliy”i İsveç (438) və Serbiya (312) qapadıb.

01:41

İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya 2022” mahnı müsabiqəsi davam edir.

Oxu.Az xəbər verir ki, 25 ölkənin qatıldığı müsabiqənin finalında artıq səsvermə mərhələsinə keçid edilib.

Qeyd edək ki, müsabiqədə Azərbaycanı “Fade To Black” mahnısı ilə Nadir Rüstəmli təmsil edir.

14 may, 23:20

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalı başlayıb.

“Report” xəbər verir ki, İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil olunan müsabiqənin finalında 25 ölkənin təmsilçiləri yarışır.

Azərbaycanı bu müsabiqədə Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə təmsil edir.

Nadir Rüstəmli müsabiqənin mayın 13-də keçirilən ikinci yarımfinalında səsvermədən sonra ilk onluğa daxil olaraq finalda mübarizə aparmağa haqq qazanıb.

Bundan başqa, Belçika, Çexiya, Finlandiya, Estoniya, Avstraliya, Polşa, İsveç, Rumıniya və Serbiya, mayın 10-da keçirilən birinci yarımfinaldakı səsvermədə isə daha çox səs toplamış 10 ölkə - İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib.

Finalda Azərbaycanla yanaşı, Çexiya, Rumıniya, Portuqaliya, Finlandiya, İsveçrə, Fransa, Norveç, İtaliya, İspaniya, Niderland, Ukrayna, Almaniya, Litva, Belçika, Yunanıstan, İslandiya, Moldova, İsveç, Avstraliya, Böyük Britaniya, Polşa, Serbiya, Estoniya və Ermənistan iştirak edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri