16 
May
2022
01:37
166
33
1380
Virtual karabakh

NATO-nun yeni strategiyası: Rusiya “tərəfdaş”dan “birbaşa təhdid”ə çevrilir

16 May, 2022
01:37
1380

NATO-nun yeni strategiyası: Rusiya “tərəfdaş”dan “birbaşa təhdid”ə çevrilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bloomberg” agentliyi NATO-dakı mənbəyə istinadən təşkilatın iyunda açıqlanacaq yeni strategiyası ilə bağlı məlumat yayıb.

Bildirilib ki, alyansın gələn ay Madriddə keçiriləcək sammitində qəbul ediləcək yeni strateji konsepsiyasında Rusiyanın davranışları “birbaşa təhdid” kimi qiymətləndirilə bilər.

Agentliyin məlumatına görə, sənəddə Çin və onun Rusiya ilə münasibətləri də öz əksini tapıb.

Bundan əlavə, sənədə təzyiq və təcavüzə məruz qalan qonşu ölkələrə daha effektiv dəstək məsələsi daxil edilib.

Qeyd edək ki, NATO-nun 2010-cu ildəki son strategiyasında Rusiya “tərəfdaş” kimi göstərilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri