16 
May
2022
08:23
37
45
886
Virtual karabakh

Somalinin yeni prezidenti seçilib

16 May, 2022
08:23
886

Somalinin yeni prezidenti seçilib

Somalidə prezident seçkiləri başa çatıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Prezident Mohamed Abdullah Farmajo və keçmiş dövlət başçısı Həsən Şeyx Mahmud növbəti tura keçən namizədlər olub.

Paytaxt Moqadişoda keçirilən seçkilərin ikinci turunda keçmiş dövlət başçısı Həsən Şeyx Mahmud 110 səslə birinci, prezident Mohammed Abdullah Fermajo 83, keçmiş baş nazir Həsən Əli Hayri 61 səs toplayıb.

Ən çox səs toplayan Mahmud və Fermajo dünən axşam üçüncü və sonuncu turda yenidən mübarizə aparıblar.

Səslərin əksəriyyətini toplayan Həsən Şeyx Mahmud ölkənin yeni Prezidenti olub. Şeyx Mahmud həm də ölkənin 10-cu Prezidentidir.

Seçkilər iki gün əvvəl gecə elan edilmiş və mayın 16-da səhərə qədər davam edən komendant saatı çərçivəsində keçirilib.

Somalinin yeni prezidentini 4 il müddətinə parlamentin aşağı və yuxarı palatalarının 329 deputatı seçir. Səs vermək üçün onlar Aden Adde Beynəlxalq Hava Limanının adətən ölkənin hərbi-hava qüvvələri tərəfindən istifadə edilən anqarına toplaşıblar və terrorçular tərəfindən törədilən partlayışlara tab gətirə bilən xüsusi beton hasarla əhatə olunublar. Anqar Afrika İttifaqının sülhməramlı kontingentinin üzvləri tərəfindən ciddi şəkildə mühafizə olunur, xarici səfirliklərin və xeyriyyə təşkilatlarının missiyalarının əsas bazası olan Camp Halane yüksək təhlükəsizlik zonasında yerləşir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri