16 
May
2022
13:15
23
299
1023
Virtual karabakh

Rusiya Ordusu İzyum yaxınlığında toplanan qüvvələrlə yeni hücum əməliyyatına hazırlaşır

16 May, 2022
13:15
1023

Rusiya Ordusu İzyum yaxınlığında toplanan qüvvələrlə yeni hücum əməliyyatına hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Ordusu Ukraynanın İzyum şəhərində cəmləşdirdiyi qüvvələrilə hücum əməliyyatlarına hazırlaşır.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından xəbər verilib.

“Xarkov istiqamətində düşmən əsas səylərini mövqe tutmağa və qoşunlarımızın Ukraynanın Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində irəliləməsinin qarşısını almağa cəmləşdirir. Rus işğalçıları Dovgenke, Russkiye Tişki, Ternovaya və Petrovka (Xarkov vilayəti) yaşayış məntəqələri ərazilərində mülki infrastrukturu artilleriyadan atəşə tutublar. Düşmən “Orlan-10” PUA-dan istifadə etməklə hava kəşfiyyatı aparıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Rusiya ordusu bir neçə həftə ərzində Xarkov istiqamətində aktiv hücum əməliyyatları aparsa da, Ukrayna Silahlı Qüvvələrinin müqavimətinə tab gətirə bilməyib və qoşunları tədricən geri çəkməyə başlayıb.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri