16 
May
2022
19:43
374
27
1586
Virtual karabakh

“McDonald's” Rusiyadakı biznesini satır

16 May, 2022
19:43
1586

“McDonald's” Rusiyadakı biznesini satır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Sənaye və Ticarət Nazirliyi ABŞ-ın “McDonald's” restoranlar şəbəkəsinin Rusiyadakı biznesinin satışı ilə bağlı danışıqların aparılması faktını təsdiqləyib.

Qurumdan bildirilib ki, şəbəkənin qərarını sivil və optimal adlandırmaq olar.

Eyni zamanda, qeyd olunub ki, Rusiyadakı şəbəkənin rəhbərliyinə nazirlik tərəfindən restoranların yenidən açılması və biznes proseslərinin sadələşdirilməsi istiqamətində bütün lazımi dəstək göstəriləcək.

Şirkətə yaxın mənbə bildirib ki, “McDonald's” ölkədə yeni brend altında fəaliyyətini bərpa edəcək. Onun sözlərinə görə, şəbəkəyə daxil olan restoranların sayı azalmayacaq və bütün restoranlar işləyəcək.

Mənbə: İzvestiya

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri