16 
May
2022
20:50
151
18
1280
Virtual karabakh

Fransanın baş naziri istefa verdi, xələfi qadındır

16 May, 2022
20:50
1280

Fransanın baş naziri istefa verdi, xələfi qadındır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın baş naziri Jan Kasteks istefa verib.

Məlumata görə, o, müvafiq ərizəsini prezident Emmanuel Makrona təqdim edib.

Baş nazirin yeni hökumətə daxil olmaq istəmədiyi bildirilib.

Qeyd olunub ki, Kasteks prezident seçkilərindən dərhal sonra istefa verməyi planlaşdırıb. Lakin yenidən prezident seçilən Makron ondan hökumətdəki dəyişikliklərə qədər vəzifəsində qalmasını xahiş edib.

Yelisey sarayından yayılan xəbərə görə, Fransanın yeni baş naziri vəzifəsinə hazırki əmək naziri Elizabet Born təyin edilib. Ölkə başçısı yeni hökumətin formalaşdırılmasını məhz ona tapşırıb.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri