17 
May
2022
12:24
70
123
1443
Virtual karabakh

Tacikistanda Daxili İşlər Nazirliyinin idarəsinə silahlı basqın: Ölən və yaralılar var

17 May, 2022
12:24
1443

Tacikistanda Daxili İşlər Nazirliyinin idarəsinə silahlı basqın: Ölən və yaralılar var

Tacikistanda Dağlıq Bədəxşan Muxtar Vilayətində Daxili İşlər Nazirliyinin idarəsinə silahlı basqın baş verib.

Hadisə zamanı üç nəfər yaralanıb, bir nəfər həlak olub.

Nazirliyin mətbuat mərkəzindən verilən məlumata görə, həmin şəxslər Xoroq şəhərində qanunsuz aksiya keçiriblər, Daxili İşlər Nazirliyinin əməkdaşlarına silahlı basqın ediblər və nazirliyin binasına əl qumbarası atıblar.

Nəticədə Daxili İşlər Nazirliyinin idarə rəisinin birinci müavini və daha iki polis əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər, hücum edənlərdən biri xəsarət alıb və xəstəxanada ölüb.

“Silahlı hücumda iştirak etmiş mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir, hadisənin təşkilatçılarına qarşı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb”, - deyə idarədən bildirilib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri