18 
May
2022
11:04
28
144
1709
Virtual karabakh

Şimali Koreyada naməlum xəstəlik tüğyan edir

18 May, 2022
11:04
1709

Şimali Koreyada naməlum xəstəlik tüğyan edir

Şimali Koreyada son sutka ərzində 232 mindən çox insan Pxenyanın qızdırma xəstəliyi adlandırdığı xəstəliyə yoluxub.

Son sutkada altı nəfər olmaqla, infeksiyadan həyatını itirənlərin ümumi sayının 62-yə çatdığı bildirilir.

Sözügedən xəstəlik artıq ölkədə 1,72 milyon insanda aşkarlanıb. Eyni zamanda, 1,02 milyondan çox insan tam sağalıb, 691 minə yaxın insanın müalicəsi davam etdirilir.

Şimali Koreya lideri Kim Çen In insanların həyatını sabitləşdirmək üçün “səyləri ikiqat artırmağa” çağırıb, həmçinin “yaşayış şəraitinin təmin edilməsi və əsas tələbatların təmin edilməsi üçün işin qüsursuz təşkilinin” vacibliyini vurğulayıb.

Bir gün əvvəl Şimali Koreyada yeni xəstəliyə 270 minə yaxın yoluxma qeydə alınıb, altı nəfər ölüb.

Dünya ekspertləri bu xəstəliyin əslində COVID-19 olduğuna inanırlar.

Şimali Koreya mediasının “yüksək hərarəti olan xəstələr” ifadəsini işlətməsi ölkədə yeni koronavirus infeksiyasını aşkar etmək üçün kifayət qədər avadanlığın olmaması ilə əlaqələndirilir.

Mənbə: Yonhap

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri