18 
May
2022
13:24
149
19
1363
Virtual karabakh

Ekspert Ukraynanın uğurlu “korroziya” strategiyasını izah etdi

18 May, 2022
13:24
1363

Ekspert Ukraynanın uğurlu “korroziya” strategiyasını izah etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nüfuzlu hərbi ekspert, istefada olan avstraliyalı general Mik Rayan Ukrayna ordusunun fəaliyyətini və düşmənin hücumunu uğurla dəf etməyə imkan verən müəyyən üstünlüklərə malik prinsiplərini qiymətləndirib.

Rayan Ukraynanın fəaliyyətini “korroziya” və ya “daxildən gəmirmək” prinsipi kimi təsvir edir: bu strategiyada Kiyev Moskvanın daim ən zəif nöqtələrini vurur və düşməni ləngitmək üçün öz qüvvələrindən səmərəli istifadə edir.

Onun sözlərinə görə, Ukrayna qoşunları öz hücumlarını istənilən ordunun ən zəif hissəsi olan rabitə, logistika, arxa cəbhə, təchizat yolları, artilleriya və komanda məntəqələrinə yönəldib.

“Kiyev uğrunda döyüş zamanı Ukrayna Rusiyanı dayandıra bildi, çünki o, onun arxa cəbhəsinə sızdı və maddi-texniki dəstəyi qismən məhv etdi. Onlar Rusiyanın şimal yürüşünü içəridən sarsıtmağa və qoşunlarını bölgəni tərk etməyə məcbur qoymağa nail oldu”, - deyə Rayan bildirib.

Şərqdəki kampaniyası zamanı da Kiyev analoji strategiyanı izləyir, Rusiya logistikasını daimi hücuma məruz qoyur, baxmayaraq ki, Moskva bu dəfə daha ehtiyatlı davranır.

Bununla belə, Rayanın sözlərinə görə, döyüş meydanındakı məğlubiyyətlər, təchizat problemləri, Ukraynanın təzyiqi altında Kiyev və Xarkovdan geri çəkilmələri Rusiyanın əhval-ruhiyyəsini daxildən parçalayır. Ukraynanın Rusiyanın məğlubiyyətlərini nümayiş etdirən uğurlu sosial media kampaniyası da mənəvi hücuma kömək edir.

Bu yaxınlarda Rusiya qoşunları üçün kabusa çevrilən Severski Donets keçidi göstərdi ki, Putinin komandanlığı hərbi əməliyyatların risklərini qiymətləndirməkdə pisləşib.

“XXI əsrdə müharibə belə görünür. Ukraynalılar özlərini usta kimi göstərdilər. Resursları məhdud olan hər bir orta ölkə onlardan çox şey öyrənə bilər”, - deyə Rayan sözlərini yekunlaşdırıb.

Mənbə: BBC News

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri