18 
May
2022
16:45
76
139
1026
Virtual karabakh

Rusiya 27 ispan diplomatı ölkədən çıxarır - YENİLƏNİB

18 May, 2022
16:45
1026

Rusiya 27 ispan diplomatı ölkədən çıxarır - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Xarici İşlər Nazirliyi 27 ispan diplomatı “persona non-qrata” elan edib və onlardan bir həftə ərzində Rusiya Federasiyasının ərazisini tərk etmələri tələb olunub.

Çərşənbə günü İspaniyanın Rusiyadakı səfiri Rusiya XİN-ə çağrılmış və Rusiyanın İspaniyadakı xarici nümayəndəliklərinin 27 əməkdaşının arzuolunmaz şəxs elan edilməsi ilə bağlı kəskin etiraz bildirilmişdi.

“Bu qeyri-dost addımın Rusiya-İspaniya münasibətlərinə mənfi təsir göstərəcəyi vurğulanıb. Buna cavab olaraq İspaniyanın Moskvadakı səfirliyi və İspaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun 27 əməkdaşı “persona non-qrata” elan edilib. Onlar müvafiq notanın səfirə təhvil verildiyi andan etibarən yeddi gün ərzində ölkəni tərk etməlidirlər”, – deyə Rusiya XİN-in bəyanatında deyilir.

14:42

İspaniyanın Moskvadakı səfiri Markos Qomes Martines Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, səbəbləri barədə isə məlumat yoxdur. Bu barədə İspaniya diplomatik departamentindən mənbə məlumat verib.

“Hazırda biz yalnız onun çağırıldığını təsdiq edirik”, – deyə agentliyin anonim müsahibi qeyd edib.

Aprelin 5-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Moskva diplomatlarının İspaniyadan çıxarılmasına qarşılıq olaraq cavab addımları atacaq.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri