18 
May
2022
12:31
225
44
1526
Virtual karabakh

Nazir: “50 tələbə təcrübə qazanmaq üçün İsrailə gedəcək”

18 May, 2022
12:31
1526

Nazir: “50 tələbə təcrübə qazanmaq üçün İsrailə gedəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycandan 50 tələbə kənd təsərrüfatı sahəsində təcrübə qazanmaq üçün bu ilin sentyabr ayında İsrailə gedəcək.

Oxu.Az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov Bakı Ekspo Mərkəzində 15-ci “Caspian Agro” beynəlxalq kənd təsərrüfatı sərgisi və 27-ci “InterFood Azerbaijan” beynəlxalq qida sənayesi sərgisində jurnalistlərə deyib.

O bildirib ki, israilli həmkarı ilə birlikdə həmin tələbələrlə görüşüb:

“Hesab edirəm ki, bizim gənc mütəxəssislərimizin həm İsraildə, həm də Türkiyə və digər ölkələrdə öz təhsillərini davam etdirmələri və təcrübə qazanmaları aqrar sahənin inkişafına dəstək olacaq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri