18 
May
2022
12:34
186
9
1205
Virtual karabakh

KTMT kollektiv qüvvələrinin Ukraynadakı müharibəyə qatılmayacağı açıqlandı

18 May, 2022
12:34
1205

KTMT kollektiv qüvvələrinin Ukraynadakı müharibəyə qatılmayacağı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mandatı Ukraynada keçirilən xüsusi əməliyyat zamanı təşkilatın kollektiv qüvvələrinin istifadəsi imkanını nəzərdə tutmur.

KTMT-nin baş katibi Stanislav Zas qeyd edib ki, təşkilatın mayın 16-da keçirilən yubiley sammitində kollektiv qüvvələrin Ukraynada keçirilən müharibəyə mümkün cəlb olunması məsələsi qaldırılmayıb və müzakirə olunmayıb.

O, KTMT-nin kollektiv qüvvələrinin döyüşlərə cəlb olunması imkanının ümumiyyətlə istisna edilib-edilməməsi sualına cavab verərkən izah edib ki, “KTMT-nin məsuliyyət zonası alyans ölkələrinin ərazisidir”.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri