18 
May
2022
13:42
67
311
2287
Virtual karabakh

Rusiya “S-500”ləri silahlanmaya qəbul etdi

18 May, 2022
13:42
2287

Rusiya “S-500”ləri silahlanmaya qəbul etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Silahlı Qüvvələri S-500 zenit-raket komplekslərini silahlanmaya daxil etməyə başlayıb.

Bu barədə Rusiya baş nazirinin müavini Yuri Borisov məlumat verib.

Onun sözlərinə görə, S-500-lər, həmçinin “Tor”, “Buk”, S-300, S-350 və S-400 zenit-raket kompleksləri dünya bazarında ən çox tələb olan hərbi təyinatlı məhsullardır.

Ballistik, qanadlı raketləri, habelə aerodinamik hədəfləri tuta bilən S-500 “Prometey”in məhvetmə radiusu təxminən 600 kilometrdir.  Hava hücumundan müdafiə sistemi kosmosda obyektləri, o cümlədən hipersəs raketlərini məhv etməyə qadirdir.

Mənbə: RBC

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri