19 
May
2022
01:41
157
36
2651
Virtual karabakh

Tehranda orta məktəblər bağlanıb

19 May, 2022
01:41
2651

Tehranda orta məktəblər bağlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın paytaxtı Tehranda havanın çirklənməsi səbəbindən bu gün ibtidai və orta məktəblər bağlı olacaq.

Tehran merinin müavini Abid Mələki havanın çirklənməsi və görülən tədbirlərlə bağlı açıqlamalar verib.

Onun sözlərinə görə, orta məktəblər bağlansa da, universitetlər və qurumlar açıq olacaq.

Ötən gün havanın yüksək səviyyədə çirklənməsi ilə əlaqədar Tehran ərazisindəki bütün məktəb, müəssisə və universitetlər bağlanmışdı.

Şəhərin hava dövranına uyğun olmayan coğrafiyada yerləşməsi və əhalinin sıxlığı ilə yanaşı, köhnə model avtomobillərdən geniş istifadə olunması və motosikletlərin tullantıları Tehranda havanın çirklənməsini artıran amillərdəndir.

Dünyanın hava çirkliliyi reytinqində ilk üç şəhər arasında yer aldığı bildirilən Tehranda bu səbəbdən məktəblərdə tez-tez tətil edilir.

Mənbə: Anadolu

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri