19 
May
2022
21:47
182
21
3975
Virtual karabakh

“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri çağırır

19 May, 2022
21:47
3975

“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri çağırır

Almaniyanın avtomobil nəhəngi “Mercedes-Benz” 2005-2013-cü illər arasında istehsal olunmuş 17 mindən çox “ML-Class”, “GL-Class” və “R-Class” avtomobillərini Avstraliyada mümkün əyləc nasazlığına görə geri çağırır.

Bu barədə şirkətin Avstraliya bölməsinin saytında dərc olunmuş bəyanatında deyilir.

Qeyd edilir ki, geri çağırılan avtomobillərin sahiblərinə “əyləc gücləndiricisində mümkün nasazlıqlar səbəbindən nəqliyyat vasitələrini idarə etmək tövsiyə edilmir”.

“Geri çağırılan bütün nəqliyyat vasitələrinin ən qısa zamanda texniki baxışdan keçirilməsini və bütün lazımi təmir işlərinin pulsuz həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə şirkət qeyd edib.

Avstraliya hökuməti həmçinin bu modellərin bütün avtomobil sahiblərini “dərhal səlahiyyətli “Mercedes-Benz” servis mərkəzi ilə əlaqə saxlamağa və mümkün qədər tez yoxlama aparmağa” çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri