19 
May
2022
23:27
13
141
1319
Virtual karabakh

ÜST Çinin daha bir peyvəndini təsdiqləyib

19 May, 2022
23:27
1319

ÜST Çinin daha bir peyvəndini təsdiqləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “CanSino Biologics” şirkəti tərəfindən istehsal olunan “Convidecia” koronavirus peyvəndini fövqəladə hallarda istifadə üçün nəzərdə tutulan dərmanlar siyahısına əlavə edib.

“Bu gün Ümumdünya Səhiyyə Təşkilatı SARS-CoV-2-nin səbəb olduğu COVID-19-un qarşısını almaq üçün ÜST tərəfindən təsdiqlənmiş artan peyvənd portfelinə əlavə olaraq Çində “CanSino Biologics” tərəfindən istehsal olunan “Convidecia” peyvəndi üçün Təcili İstifadə Siyahısını (EUL) açıqlayıb”, – deyə ÜST-ün bəyanatında bildirilir.

“Convidecia”nın modifikasiya olunmuş insan adenovirusuna əsaslandığı bildirilir. Təsdiqlənmiş peyvənd tək komponentdən ibarətdir.

ÜST-ün məlumatına görə, “Convidecia”nın COVID-in simptomatik formasına qarşı effektivliyi 64%, ağır formasına qarşı isə 92% təşkil edir.

Qeyd edək ki, ÜST bundan öncə Çinin “Sinopharm” və “Sinovac” peyvəndlərini də təsdiqləyib.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri