20 
May
2022
00:41
52
379
1523
Virtual karabakh

Ukrayna himnini ifa edən rusiyalı 14 sutkalıq həbs cəzası aldı – VİDEO

20 May, 2022
00:41
1523

Ukrayna himnini ifa edən rusiyalı 14 sutkalıq həbs cəzası aldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tümenli sahibkar Vladimir Fofanov pianoda Ukraynanın Dövlət Himnini ifa edib və nasist simvollarını təbliğ etməkdə günahlandırılıb.

Hadisə Tümendəki Romanovlar sülaləsinin adını daşıyan İmperator sahilində baş verib.

Polisin məlumatına görə, Fofanov Ukrayna millətçiləri və ifrat sağçılarının şüarlarını da səsləndirib.

Məhz buna görə də gənc faşist simvollarının və atributlarının təbliği maddəsi ilə (İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsinin 1-ci hissəsi) təqsirli bilinərək 14 sutka müddətinə həbs edilib.

Qeyd edək ki, rusiyalının Ukrayna himnini ifa etdiyi videosu internetdə yayılıb. Videoda pianoçu heç bir şüar səsləndirmir.

Mənbə: unian.net

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri