20 
May
2022
15:18
194
18
6470
Virtual karabakh

Əsir düşən ukraynalı könüllünün sinəsinə bərkitdiyi kamera ilə çəkdikləri - VİDEO

20 May, 2022
15:18
6470

Əsir düşən ukraynalı könüllünün sinəsinə bərkitdiyi kamera ilə çəkdikləri - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Taira” kimi tanınan ukraynalı könüllü və feldşer Yuliya Payevskanın sinəsinə bərkidilmiş kamera ilə çəkilmiş video yayımlanıb.

Görüntüləri “Associated Press” paylaşıb. Qeyd edildiyi kimi, Yuliya kadrları jurnalistlərə təhvil verdikdən sonra Mariupolda rusiyalı hərbçilər tərəfindən əsir götürülüb.

Videonun müəllifi görüntüləri verərkən yaddaş kartında müharibə başlayandan bəri yaralılar haqqında məlumat olduğunu bildirib.

Kadrlarda yaralıların xilas edilməsi anları və Mariupolun Rusiya ordusu tərəfindən atəşə tutulmasının nəticələri görünür. Həmçinin rusiyalı əsgərlərin əsir götürülməsinin görüntüləri də var.

Qeyd edək ki, Yuliya təxminən martın ortalarında əsir götürülüb. Rusiya hərbçiləri onu “Azov iştirakçısı” adlandırırlar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri