21 
May
2022
01:53
306
24
6541
Virtual karabakh

Rusiyanın yeganə aviadaşıyıcısının son halı - FOTO

21 May, 2022
01:53
6541

Rusiyanın yeganə aviadaşıyıcısının son halı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Hərbi Dəniz Qüvvələrində yeganə aviadaşıyıcı “Admiral Kuznetsov” təmir üçün Severomorskdakı zavoda yanaşıb.

Bu barədə Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyasının baş direktoru Aleksey Raxmanov məlumat verib.

Maraqlıdır ki, əvvəllər aviadaşıyıcının dörd qaz turbin aqreqatından yalnız birinin təmiri barədə elan edilmişdi. Lakin sonradan məlum oldu ki, bu, bütün dörd vahid üçün tələb olunur.

Bildirilir ki, təmir işləri mayın 14-15-də həyata keçirilməli idi. Lakin güclü küləklə əlaqədar əməliyyatın daha əlverişli hava şəraitinə qədər təxirə salınması qərara alınıb.

Xatırladaq ki, “Admiral Kuznetsov” Rusiya Hərbi Dəniz Qüvvələrinin Suriya sahillərində uzaq dəniz zonasının operativ formalaşdırılması çərçivəsində döyüş tapşırıqlarını yerinə yetirib. Görünür, elə həmin vaxt zədələnib.

Mənbə: Mk.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri