20 
May
2022
18:09
229
63
5074
Virtual karabakh

“Azov” alayının komandiri: “Mariupolun müdafiəsi dayandırıldı” - VİDEO

20 May, 2022
18:09
5074

“Azov” alayının komandiri: “Mariupolun müdafiəsi dayandırıldı” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azov” alayı döyüşçülərinin həyatını xilas etmək üçün Mariupolun müdafiəsini dayandırıb.

Bu barədə alayın komandiri, polkovnik-leytenant Denis Prokopenko videomüraciətində bildirib.

“Mariupolun müdafiəsinin 86-cı günü. Ali hərbi rəhbərlik qarnizonun hərbi qulluqçularının həyat və sağlamlığının qorunması və şəhərin müdafiəsinin dayandırılması barədə göstəriş verib”, - deyə Prokopenko bildirib.

O qeyd edib ki, onlar şəhərin “Azovstal”da gizlənən bütün dinc sakinlərini təxliyə edə biliblər. Ağır yaralılara lazımi yardım göstərilib və onlar da təxliyə ediliblər. Onları dəyişdirib Ukraynanın nəzarətində olan əraziyə çatdırmağı planlaşdırırlar.

Mənbə: ukranews.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri