20 
May
2022
20:43
31
546
1554
yuxarı
Rusiya Xarkovda Mədəniyyət evini bombalayıb: Biri uşaq olmaqla 7 nəfər yaralanıb - VİDEO
20 May, 2022
20:43
1554
31
546
Rusiya Xarkovda Mədəniyyət evini bombalayıb: Biri uşaq olmaqla 7 nəfər yaralanıb - VİDEO
Xarkov vilayətinin Lozova şəhərindəki yerli Mədəniyyət evinə Rusiya raketi düşüb. Nəticədə 11 yaşlı uşaq da daxil olmaqla 7 nəfər yaralanıb.
Bu barədə məlumatı "Truha Ukraine" teleqram kanalı "Suspilne Kharkiv" Təcili Tibbi Yardım Mərkəzinin məlumatlarına əsasən verib.
Xarkov vilayəti üzrə Dövlət Fövqəladə Hallar Xidmətinin şöbəsi bildirib ki, xilasedicilər yanğını yerindəcə söndürüb və dağıntıları təmizləyiblər.
Rusiya silahlı qüvvələri saat 15:00 radələrində binaya hücum ediblər.
Şahidlərin “Truha Ukraine” kanalı ilə paylaşdığı müşahidə kameralarına əks olunan videoda raketin binaya dəydiyi, daha sonra qalın tüstü və toz buludlarının havaya qalxdığı görünür.
Mənbə: Ukrainskaya pravda
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək