21 
May
2022
10:24
237
27
658
Virtual karabakh

Litva Rusiyadan elektrik enerjisi idxalını dayandırır

21 May, 2022
10:24
658

Litva Rusiyadan elektrik enerjisi idxalını dayandırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Litva mayın 22-dən Rusiyadan elektrik enerjisi idxalını dayandıracaq.

Bu barədə Litvanın elektrik ötürücü sistem operatoru “Litgrid” bildirib.

“Bazar günündən etibarən Rusiya elektrik enerjisi artıq Litvaya idxal edilməyəcək”, - deyə operatordan qeyd edilib.

Təchizat dayandırıldıqdan sonra Litva əhalinin ehtiyaclarını yerli elektrik stansiyaları və digər Avropa ölkələrindən, xüsusən də İsveç, Polşa və Latviyadan idxal hesabına ödəməyi planlaşdırır.

Mənbə: RBK

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri