21 
May
2022
16:22
12
330
2482
Virtual karabakh

Çimkənddə doğum evi ərazisindəki partlayışda körpə ölüb – YENİLƏNİB + FOTO/VİDEO

21 May, 2022
16:22
2482

Çimkənddə doğum evi ərazisindəki partlayışda körpə ölüb – YENİLƏNİB + FOTO/VİDEO

Qazaxıstanın Çimkənd şəhərində doğum evi ərazisində baş verən partlayış nəticəsində qurbanların sayı artıb. Belə ki, hadisə nəticəsində yeni doğulmuş körpə ölüb.

Bu barədə Türküstan vilayətinin səhiyyə idarəsi məlumat yayıb.

Bildirilir ki, 18 günlük körpə yeni doğulan üçəmlərdən biri olub. Rəsmi məlumatlara görə, daha 8 nəfər yaralanıb.

Qeyd edək ki, xəstəxanalararası aptekdə baş verən partlayış zamanı yaxınlıqdakı hündürmərtəbəli binaya, həmçinin yeddi avtomobilə ziyan dəyib. Partlayışdan sonra doğuşda olan yüzdən çox qadın və uşaq, həmçinin mənzilləri dağılmış 20 sakin təxliyə edilib.

Bundan əvvəl bir nəfərin öldüyü bildirilmişdi.

Mənbə: Tengrinews.kz.

11:22

Qazaxıstanın Çimkənd şəhərində doğum evi yaxınlığındakı aptekdə partlayış baş verib.

Bu barədə şəhər polis idarəsindən bildirilib.

Məlum olub ki, partlayış nəticəsində izotonik məhlulun istehsal olunduğu xəstəxanalararası aptekin binası dağılıb.

Yanğın artıq lokallaşdırılıb. İlkin məlumata görə, partlayışa səbəb qazın yığılması olub.

Hadisə nəticəsində nəzarətçi həyatını itirib.

Polis hadisənin təfərrüatını araşdırır.

Mənbə: “Sputnik Qazaxıstan”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri