21 
May
2022
16:26
122
15
2600
Virtual karabakh

Azərbaycanlı qadın vəkil Beynəlxalq Hüquqşünaslar Birliyinin idarə heyətinə seçildi - FOTO

21 May, 2022
16:26
2600

Azərbaycanlı qadın vəkil Beynəlxalq Hüquqşünaslar Birliyinin idarə heyətinə seçildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Vəkillər Kollegiyasının və İstanbul 2 saylı Vəkillər Kollegiyasının üzvü Aygün Əliyeva Beynəlxalq Hüquqşünaslar Birliyinin (UHUB) idarə heyətinə seçilib.

Oxu.Az xəbər verir ki, həmyerlimizin seçilməsi Beynəlxalq Hüquqşünaslar İttifaqının (UHUB) 19 may 2022-ci il tarixində keçirilən Baş Assambleyasında baş tutub. 

Azərbaycanlı vəkil 40 ölkədən 250 hüquqşünasın iştirak etdiyi İslam Dünyası Hüquq Konqresində “Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq hüquq və insan haqlarının pozulması” mövzusunda məruzə ilə çıxış edib.

Onun sözlərinə görə, beynəlxalq platformada ümumbəşəri ədalətə çağırış edərək Azərbaycanı təmsil etmək, onun haqq səsini dünyaya çatdırmaq çox qürurvericidir.

Qeyd edək ki, Beynəlxalq Hüquqşünaslar Birliyi (UHUB) tərəfindən Konya şəhər bələdiyyəsinin dəstəyi ilə 20-22 may tarixlərində Konyada təşkil edilən İslam Dünyası Hüquqşünaslar Birliyinin Beynəlxalq Hüquq Konqresi beş iclasdan ibarətdir.

Qurultayda UHUB-un üzvü olan Azərbaycan Vəkillər Kollegiyasının üzvü vəkil Emin Zeynalov və hüquqşünas Ayşən Əkbərli də iştirak edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri