22 
May
2022
05:17
239
40
2749
Virtual karabakh

Xarkovda rusiyalı hərbçilərin basdırıldığı məzarlar aşkarlandı - FOTO

22 May, 2022
05:17
2749

Xarkovda rusiyalı hərbçilərin basdırıldığı məzarlar aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Xarkov vilayətinin Zoloçev rayonunda rusiyalı hərbçilərin dəfn olunduğu ərazi aşkarlanıb.

Bu barədə Xarkov vilayəti polisinin İstintaq İdarəsinin rəhbəri Sergey Bolvinov məlumat verib.

Polisə rayonun müxtəlif küçələrində məzarların tapılması barədə informasiya daxil olub. Məzarların üzərində sadəcə xaç işarələri qoyulub.

“Biz şəxsiyyəti müəyyən etmək və cənazələri beynəlxalq prosedurlara uyğun təhvil vermək üçün həmin məzarları qazmalı olduq. Rusiyalılar cəsədləri götürməkdə maraqlı deyillər. Ümumilikdə Rusiya ordusunun hərbi formasında olan altı cəsəd tapılıb, onlardan biri polkovnik-leytenant Gerasimovdur”, - deyə S.Bolvinov bildirib.

Məlum olub ki, cəsədlər yerli əhali tərəfindən pravoslav qaydaları bunu tələb etdiyi üçün dəfn edilib.

Mənbə: Unian.net

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri