22 
May
2022
20:36
194
123
3434
Virtual karabakh

Tacikistanda etirazların təşkilatçısı öldürüldü

22 May, 2022
20:36
3434

Tacikistanda etirazların təşkilatçısı öldürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi Xoroq şəhərindəki etirazların təşkilində günahlandırılan Məmədbokir Məmədbokirov öldürülüb.

Bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

Onun mütəşəkkil cinayətkar qruplaşmanın lideri olduğu bildirilib.

“Məmmədbokirov daxili kriminal çəkişmələr nəticəsində öldürülüb”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, sözügedən şəxs Xoroqda iğtişaşların təşkilində, hökumət əleyhinə mitinqlərdə və Tacikistanı Çinlə birləşdirən Xoroq-Kulma beynəlxalq magistral yolunu bağlamaqda ittiham olunub.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri