23 
May
2022
05:35
213
29
2646
Virtual karabakh

“Aeroflot” sanksiyalara görə təyyarələrini ehtiyat hissələrinə ayıracaq

23 May, 2022
05:35
2646

“Aeroflot” sanksiyalara görə təyyarələrini ehtiyat hissələrinə ayıracaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Aeroflot” aviaşirkəti yaxın gələcəkdə sanksiyalara görə “Boeing” və “Airbus” təyyarələri üçün ehtiyat hissələri çatışmazlığı ilə üzləşəcək.

Çatışmazlığı aradan qaldırmaq üçün aviadaşıyıcı təyyarələrini ehtiyat hissələrinə ayırmağa başlaya bilər.

Ekspertlərinin fikrincə, öz təyyarə parkını işlək vəziyyətdə saxlamaq üçün “Aeroflot” sözügedən prosesə üç ərzində başlayacaq. Aviaşirkət ən azı yaxın gələcəkdə “Boeing” və “Airbus” məhsullarını Rusiya istehsalı olan təyyarələrlə əvəz edə bilməyəcək.

Qeyd edək ki, sanksiyalara görə “Aeroflot” nəinki öz təyyarələri üçün ehtiyat hissələri əldə etmək imkanını itirib, həm də xaricə uçuşları kəskin şəkildə azaltmaq məcburiyyətində qalıb.

Mənbə: “Bloomberg”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri