23 
May
2022
17:24
9
160
2896
Virtual karabakh

Meymunçiçəyinə yoluxmuş insanlarla təmasda olanlara TÖVSİYƏ

23 May, 2022
17:24
2896

Meymunçiçəyinə yoluxmuş insanlarla təmasda olanlara TÖVSİYƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya səlahiyyətliləri meymunçiçəyi xəstəliyinə yoluxmuş meymunlarla təmasda olan insanlara 21 gün müddətində özlərini təcrid etməyi tövsiyə edir.

Birləşmiş Krallığın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatında bildirilir ki, “qorunmayan birbaşa təmasda” olan və ya şəxsin əşyaları ilə təmasda olan insanlar zəifləmiş immun sistemi olan insanlardan, hamilə qadınlardan və 12 yaşdan kiçik uşaqlardan uzaq durmalıdırlar.

Böyük Britaniyada indiyədək 20 nəfərdə meymunçiçəyinə yoluxma hadisəsi təsdiqlənib.

Meymunçiçəyi nadir virus xəstəliyidir və əsasən vəhşi heyvanlardan (gəmiricilər, primatlar) insanlara ötürülür. Xəstəliyin simptomlarına hərarət, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluq daxildir. Həmçinin üzdə və bədənin digər hissələrində dəri səpkiləri görünə bilər.

Mənbə: BBC

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri