23 
May
2022
23:44
25
235
3881
Virtual karabakh

Qazaxıstanda xarici pasportlardan tapılan çip insanlarda təşviş yaratdı - VİDEO

23 May, 2022
23:44
3881

Qazaxıstanda xarici pasportlardan tapılan çip insanlarda təşviş yaratdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanda insanların xarici pasportlarında tapdıqları çiplər müzakirəyə səbəb olub.

Sosial şəbəkələrdə yayılan videolardan sonra insanlar xarici pasportlarını cıraraq onun içərisində çip axtarmağa başlayıblar.

Onlar inanırlar ki, dövlət öz hüdudlarından kənarda olan vətəndaşlarını bu çiplər vasitəsilə izləyir.

Ölkənin Daxili İşlər Nazirliyi məsələyə aydınlıq gətirərək insanları sakitləşdirib:

“Qazaxıstanda 2009-cu ildən elektron pasportlar, eləcə də mikrosxemli şəxsiyyət vəsiqələri verilir. Elektron sənədlər ICAO beynəlxalq standartının bütün tələblərinə cavab verir. Çip vətəndaş haqqında şəxsi məlumatların saxlanması üçün nəzərdə tutulub və avtomatik olaraq elektron sənədləri əldə etməyə və şəxsiyyəti müəyyənlədirməyə imkan verir”.

Mənbə: Tengrinews

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri