24 
May
2022
06:33
19
137
3226
Virtual karabakh

Vətəndaşların milyardlarla şəkillərinin saxlanıldığı qanunsuz fotoarxiv üzə çıxdı

24 May, 2022
06:33
3226

Vətəndaşların milyardlarla şəkillərinin saxlanıldığı qanunsuz fotoarxiv üzə çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üz tanıma şirkəti “Clearview AI” 7,5 milyon funt sterlinqdən çox cərimələnib.

Şirkətə Böyük Britaniya vətəndaşlarının qeyri-qanuni məlumatlarını silmək tapşırılıb.

Məlum olub ki, şirkət əməkdaşları üz tanınması sistemi üçün öz qlobal məlumat bazalarını yaratmaq məqsədilə internetdən qanunsuz olaraq insanların üzlərinin fotolarını toplayıblar.

Bu səbəbdən də, Böyük Britaniyanın İnformasiya Komissarlığı Ofisi şirkətin məlumatların mühafizəsi qanunlarını pozduğunu bəyan edib. Rəsmilərin sözlərinə görə, “Clearview AI” 20 milyarddan çox üz təsvirini toplayıb. Şəkillərin mənbələri “Facebook” və “Instagram” kimi sosial şəbəkələr olub. Şirkətin əməkdaşları şəkillərini öz bazalarında saxladıqları barədə heç bir istifadəçiyə məlumat verməyiblər.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri