24 
May
2022
17:48
159
28
733
Virtual karabakh

Stoltenberq: “Əsas öhdəliyimiz müttəfiqlərimizi qorumaqdır”

24 May, 2022
17:48
733

Stoltenberq: “Əsas öhdəliyimiz müttəfiqlərimizi qorumaqdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO ölkələri illərdir Ukraynaya mühüm tərəfdaş kimi kömək edir. Onlar Ukrayna ordusunu silahla təmin edib, təlimlər keçiblər.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı bildirib.

O qeyd edib ki, bu səylərin bəhrələri artıq döyüş meydanında görünür.

Lakin vurğulayıb ki, bununla belə NATO hazırda Ukraynada vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışır. Buna səbəb müharibənin Ukrayna sərhədlərindən kənara çıxmamasıdır.

“NATO mühüm tərəfdaşımız olan Ukraynaya kömək edir. Amma bizim əsas öhdəliyimiz  müttəfiqlərimizi qorumaqdır. Bu o deməkdir ki, biz müharibənin genişlənməsinin qarşısını almalıyıq. Biz münaqişədə birbaşa iştirak etməyəcəyik. Şübhəsiz ki, biz ukraynalıları dəstəkləyəcək və onlara kömək edəcəyik, çünki onların özlərini müdafiə etmək hüququ var. Lakin biz döyüş meydanında olmayacağıq”, - deyə Stoltenberq bildirib.

Mənbə: Zn.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri