24 
May
2022
22:30
195
26
2845
Virtual karabakh

Moldovanın sabiq prezidentinin həbsinin görüntüləri yayıldı - VİDEO

24 May, 2022
22:30
2845

Moldovanın sabiq prezidentinin həbsinin görüntüləri yayıldı - VİDEO

Moldovanın sabiq prezidenti İqor Dodonun həbsinin görüntüləri yayılıb.

Keçmil dövlət başçısı  Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil olmaqla dörd maddəsi ilə açılmış cinayət işi çərçivəsində 72 saatlıq saxlanılıb.

Məlumata görə, İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları Korrupsiyaya Qarşı Mübarizə üzrə Prokurorluqla birlikdə Dodonun və qohumlarının evində axtarışlar aparıblar.

Axtarışlar zamanı Dodonun yaxınlarının evlərindən on minlərlə avro, eləcə də qanunsuz varlanmada şübhəli bilinən iqtisadiyyat nazirinin keçmiş müavini Vitali Yurkunun Dodona hədiyyə etdiyi şahmat tapılıb.

Qeyd edək ki, hazırda sabiq prezident, həmçinin “Passiv korrupsiya”, “Siyasi partiyanın kriminal təşkilat tərəfindən maliyyələşdirilməsi”, “Qanunsuz varlanma” maddələri üzrə də ittiham olunur.

Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri