25 
May
2022
10:54
20
183
1435
Virtual karabakh

Rusiyada faciə: Atasının silahı ilə 10 yaşlı dostunu öldürdü - FOTO

25 May, 2022
10:54
1435

Rusiyada faciə: Atasının silahı ilə 10 yaşlı dostunu öldürdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada 10 yaşlı oğlan ehtiyatsızlıqdan yaşıdını öldürüb.

Hadisə Krasnoyarsk vilayətinin Lesosibirsk şəhərində baş verib.

Strelka kəndindən olan Maksim adlı uşaq təsadüfən dostu Nikitanı atasının karabinindən güllələyib. Qarajda oynayan zaman seyfdən atasının silahını götürən Maksim onu dostuna doğruldaraq atəş açıb. Bədbəxtlikdən silah dolu olub və güllə uşağın qarın nahiyəsinə dəyib. Nikita tibb məntəqəsinə aparılsa da, həkimlər həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma başladılıb.

Mənbə: Komsomolskaya pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri