25 
May
2022
16:36
20
163
624
Virtual karabakh

Britaniya kəşfiyyatı: “Ukraynadakı müharibə dünyada taxıl qiymətlərinə təsir edib” - FOTO

25 May, 2022
16:36
624

Britaniya kəşfiyyatı: “Ukraynadakı müharibə dünyada taxıl qiymətlərinə təsir edib” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyasının müharibənin əvvəlindən həyata keçirdiyi Ukrayna limanlarının blokadası artıq qlobal qiymət artımına səbəb olub.

Bu barədə Britaniyanın Müdafiə Nazirliyinin “Twitter” hesabında bildirilib.

 

Nazirlikdə qeyd olunub ki, həmçinin blokada bu ərazidə kommersiya gəmiçiliyinin fəaliyyətinə maneə olub.

Britaniya kəşfiyyatı hesab edir ki, Ukraynanın qurudan ixrac mexanizmləri Rusiyanın blokadası nəticəsində yaranan gəmiçilik çatışmazlığını əvəz edə bilməyəcək.

“Döyüşlər artıq qlobal taxıl qiymətlərinə dolayı təzyiq yaradıb. Rusiyanın dəniz blokadası təhlükəsi kommersiya daşımalarının Ukrayna limanlarına çıxışını əngəlləməkdə davam etdiyi müddətdə yaranan tədarük çatışmazlığı bir çox zəruri məhsulların qiymətlərini daha da artıracaq”, - deyə kəşfiyyatdan bildirilib.

Xatırladaq ki, “Böyük yeddilik” ölkələri Ukraynadan taxıl ixracı blokadasının qarşısının necə alınmasını müzakirə edir, Aİ isə artıq Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracına dəstək planı təklif edib.

Almaniya hökuməti Ukraynadan “taxıl dəmir yolu körpüsü”nün yaradılması üzərində işlədiklərini bildirib.

Xatırladaq ki, “Maxar Technologies” Rusiyanın Ukrayna taxılını oğurlamağa davam etdiyini göstərən peyk görüntülərini yayıb.

Mənbə: Rubrika

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri