26 
May
2022
22:30
22
239
1418
Virtual karabakh

Aİ ölkələri meymunçiçəyinə qarşı peyvənd alacaq

26 May, 2022
22:30
1418

Aİ ölkələri meymunçiçəyinə qarşı peyvənd alacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkə meymunçiçəyi (monkeypox) xəstəliyinə qarşı peyvənd və antiviral dərmanlar almağa qərar verib.

Bu barədə İspaniyanın səhiyyə naziri Karolina Darias mətbuata açıqlamasında bidirib.

Onun sözlərinə görə, Danimarkanın “Bavarian Nordic” şirkəti tərəfindən istehsal edilən və Avropa Dərman Agentliyi tərəfindən təsdiq olunan “Ankara ştammı” adlı suçiçəyi peyvəndi variantı “Imvanex” Aİ-də meymunçiçəyi xəstəliyində istifadə üçün alınacaq.

İspaniyalı nazir peyvəndin hansı yaş və xəstə qruplarına tətbiq ediləcəyi barədə hələlik məlumat paylaşmayıb.

Avropada meymunçiçəyinə yoluxma hallarının ən çox olduğu ölkə hazırda İspaniyadır.

Nazirliyin son məlumatlarına görə, İspaniyada meymunçiçəyi 59 nəfərdə təsdiqlənib.

Mənbə: Anadolu

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri