28 
May
2022
08:30
147
14
4732
Virtual karabakh

NASA Marsın yaxın məsafədən yeni şəkillərini yayımlayıb - FOTO

28 May, 2022
08:30
4732

NASA Marsın yaxın məsafədən yeni şəkillərini yayımlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Perseverance” roveri Marsın səthindən Yerə yeni şəkillər göndərib. Yaxından çəkilmiş fotoşəkillərdə Mars torpağı - qayalar və qırmızımtıl qum görünür.

Şəkillər missiyanın “Twitter” səhifəsində yerləşdirilib.

Bildirilir ki, rover hələ də deltanın ətəyindədir və nümunələr götürülməsi üçün keyfiyyətli süxurlar olan ərazilər axtarır.

Xatırladaq ki, aprelin sonunda “Perseverance” roveri rəsmi olaraq “Delta Front” kampaniyasını işə salmışdı ki, bu müddət ərzində alimlər Marsda həyatın izlərini tapmağa çalışacaqdılar.

Növbəti missiyada NASA Avropa Kosmik Agentliyi ilə əməkdaşlıq edərək Mars səthindən bu nümunələrin götürülməsi və analiz üçün Yerə gətirilməsi məqsədilə Marsa kosmik gəmi göndərməyi planlaşdırır.

Xatırladaq ki, “Perseverance” roveri xüsusi mikrofonlar sayəsində 5 saatlıq Mars küləyini, Qırmızı Planetin çınqıl səthində təkərlərin xırıltısını və mühərriklərin səslərini qeydə alıb.

Mənbə: Unian.net

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri