27 
May
2022
22:30
313
24
1355
Virtual karabakh

Bayden: “Putin Avropa ölkələrini Finlandiyalaşdırmaq əvəzinə NATO-laşdırdı”

27 May, 2022
22:30
1355

Bayden: “Putin Avropa ölkələrini Finlandiyalaşdırmaq əvəzinə NATO-laşdırdı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Növbəti onillik dünya nizamının necə olacağını müəyyənləşdirməkdə həlledici rol oynayacaq.

Bu fikri ABŞ prezidenti Co Bayden Annapolisdəki (Merilend) ABŞ Hərbi Dəniz Akademiyasının məzunları qarşısındakı çıxışı zamanı deyib.

O, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından və Rusiya-Ukrayna müharibəsindən də danışıb.

“Putin təkcə Ukraynanı ələ keçirmək istəmir, o, həqiqətən də Ukrayna xalqının mədəniyyətini və kimliyini məhv etmək istəyir. Onun məktəbləri, qocalar evlərini, xəstəxanaları, muzeyləri hədəf almasının başqa heç bir səbəbi yoxdur... Putin Avropa ölkələrini Finlandiyalaşdıraraq neytrallaşdırmaq istəyirdi. Amma əvəzində hamısını NATOlaşdırdı”, - deyə dövlət başçısı qeyd edib.

Baydenin çıxışında Rusiyaya qarşı sanksiyalarda ABŞ-a dəstək verən Asiya ölkələrini sayarkən “Cənubi Koreya” əvəzinə “Şimali Koreya” deməsi də diqqətdən yayınmayıb.

Mənbə: TRT

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri