28 
May
2022
17:40
332
74
1016
Virtual karabakh

Tramp yenidən prezidentliyə namizədliyini irəli sürəcək

28 May, 2022
17:40
1016

Tramp yenidən prezidentliyə namizədliyini irəli sürəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən ölkə başçısı postu uğrunda mübarizə apara biləcəyini deyib.

ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən ABŞ Milli Tüfəng Assosiasiyasının konvensiyasında çıxış edən Tramp qeyd edib ki, 2020-ci ildə o, təmkinini qoruyub və demokratik qubernatorlara iğtişaşların hökm sürdüyü şəhərlərdə müstəqil şəkildə asayişi bərpa etməyə icazə verib, baxmayaraq ki, həmin şəhərlərdə – Minneapolis, Çikaqo, Portlenddə vəziyyət çox çətin idi.

“Əgər bunu bir daha təkrar etsəm, yəni prezidentliyə namizədliyimi irəli sürsəm və qalib gəlsəm, artıq bu qaydalara riayət etmək məcburiyyətində hiss etməyəcəm. İndiyədək heç kimin etmədiyi kimi zorakı cinayətlərin üzərinə çökəcəm”, – deyə keçmiş prezident söz verib. 

Tramp dəfələrlə 2024-cü ildə yenidən prezidentlik uğrunda mübarizə aparmağa hazır olduğuna eyham vursa da, bu halda ona xüsusi vergi qaydalarının tətbiq olunacağına işarə edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri