29 
May
2022
03:08
20
184
2826
Virtual karabakh

Texas qətliamında ölən dostunun qanına bulanaraq xilas olan qızcığaz danışıb

29 May, 2022
03:08
2826

Texas qətliamında ölən dostunun qanına bulanaraq xilas olan qızcığaz danışıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da 18 yaşındakı Salvador Ramosun törətdiyi qətliamla bağlı ortaya çıxan yeni təfərrüatlar dünyanı dəhşətə salmağa davam edir.

Öldürülən sinif yoldaşının qanına bulanaraq həyatda qalmağa nail olan qızcığazın CNN-ə verdiyi açıqlamalar qan dondurur.

Uvalde hücumu 2012-ci ildə Konnektikut ştatının Nyutaun şəhərində baş verən, 20 ibtidai sinif şagirdinin və altı məktəb işçisinin öldürüldüyü qətliamdan sonra ən ölümcül hadisədir. Çərşənbə axşamı baş verən qətliamla bağlı yeni detallar üzə çıxır.

Salvador Ramos səhər saat 11.00-də məktəbə hücum edib. İlk əvvəl dogma nənəsinə silahdan atəş etdikdən sonra 11.15-də sosial şəbəkədən danışdığı, ancaq tanımadığı Almaniyadakı bir qıza orta məktəbə gedəcəyini söylədiyi bir mesaj göndərib.

Əlində AR-15 tüfəngi ilə saat 11.32-də sinfə daxil olmağı bacarıb. Bir sinifdə barrikada qurub və bir saat ərzində sinifdə gözləyib. Uşaqları öldürməzdən əvvəl onları qorxudub.

Vurulmamaq üçün özünü qətl edilən sinif yoldaşlarından birinin qanına boyamaq məcburiyyətində qalan məktəbli qız baş verənlərdən danışıb.

11 yaşındakı Mia Serillonun “CNN International”a anlatdığına görə, 24 may günü hücumçu sinfə daxil olduğu zaman sinif yoldaşları ilə birgə “Disney” filmi izləyirmişlər. Mianın dediyinə görə, müəllimləri hücum olacağı ilə bağlı bir e-mail alıb, lakin onu çox gec oxuyub. Qapını bağlamağa getdiyi zaman isə hücumçu artıq orada olub və qapının pəncərəsindən atəş edib.

Mia deyib ki, Ramos daha sonra sinfə girib və müəllimlərdən birinin gözlərinin içinə baxaraq ona “Gecən xeyrə qalsın” deyib və atəş açıb. Sonra isə şagirdləri vurmağa başlayıb. Və bununla da kifayətlənməyib qəmli mahnılar ifa etməyə başlayıb. Ramos qonşu sinfə keçdiyi zaman Mia dərhal ölən dostlarının birinin qanını özünə bulaşdırıb və özünü ölülüyə vuraraq sağ qalmağı bacarıb.

Mənbə: Milliyet

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri