31 
May
2022
11:21
122
21
697
Virtual karabakh

Fransa Luqanskda fransız jurnalistin ölümünün araşdırılmasını tələb edir

31 May, 2022
11:21
697

Fransa Luqanskda fransız jurnalistin ölümünün araşdırılmasını tələb edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın xarici işlər naziri Ketrin Kolonna Luqansk vilayətində BFM TV-nin jurnalisti Frederik Lekler İmhoffun ölümü ilə bağlı şəffaf araşdırma aparılmasını istəyib.

Bu istək jurnalistin öldüyü gün Kiyevdə səfərdə olan nazirin açıqlamasında ifadə olunub.

“Bu gün Severodonetsk yaxınlığında ukraynalıların təxliyəsi əməliyyatını işıqlandırarkən öldürülən BFM jurnalisti Frederik Lekler İmhoffun ölümü sarsıdıcıdır. Bu hadisəni qınayır, ailəsinə və həmkarlarına başsağlığı verirəm”, - deyə Kolonna bildirib.

“Fransa bu faciənin başvermə səbəblərinə aydınlıq gətirilməsi üçün mümkün qədər tez vaxtda şəffaf araşdırmaya başlanılmasını tələb edir”, - deyə nazir qeyd edib.

Mənbə: Yevropeyskaya pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri