İyn
2022
16:06
89
18
1727
Virtual karabakh

Almaniya XİN rəhbəri: “Bəziləri düşünürlər ki, Putin öz payını aldığı üçün silahlar susub”

1 İyn, 2022
16:06
1727

Almaniya XİN rəhbəri: “Bəziləri düşünürlər ki, Putin öz payını aldığı üçün silahlar susub”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya göstərilən dəstəyi Rusiya Prezidenti Vladimir Putinin yeni hərbi strategiyasına uyğunlaşdırmağa çağırıb.

Bu barədə “Süddeutsche Zeitung” nəşri məlumat verib.

Putin güman edirdi ki, “o, Ukraynanı tez zamanda və vəhşicəsinə işğal edib, sonra ölkəni darmadağın edə bilər”, – deyə Berbok qeyd edib.

“İndi o görür ki, bu, işə yaramır. Onun strategiyası isə artıq uzunmüddətlidir. Bu isə o deməkdir ki, biz də Ukraynanı elə şəkildə dəstəkləməliyik ki, bu dəstək davamlı olsun”, - deyə XİN rəhbəri vurğulayıb. Onun sözlərinə görə, bu, silah təchizatına da aiddir.

“İndi biz həqiqətən də bu yeni strategiya üçün – Ukraynanın özünümüdafiəsinin davamlı olması üçün hər şeyi təmin etmişikmi - bunu yoxlamaq lazımdır”, - deyə nazir əlavə edib.

XİN rəhbəri Rusiyanın qismən uğur qazandıqdan sonra müəyyən müddətlik oynadığı ssenari ilə bağlı da xəbərdarlıq edib:

“Başa düşürəm, bəziləri düşünürlər ki, Putin öz payını aldığı üçün silahlar susub və bununla da hər şey bitib, yenə də hər şey qaydasındadır. Amma sonra yenidən hər şey pisləşəcək. Çünki zorakılığın olmaması heç də sülh və azadlığa gətirib çıxarmır, Rusiya ordusu yenidən qruplaşır və onun hədəfi Ukraynanı tamamilə ələ keçirməkdir”.

Mənbə: Yevropeyskaya pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri