İyn
2022
14:48
35
61
1893
Virtual karabakh

“Instagram”a YENİLİKLƏR GƏLİR: Profil şəklini böyütmə, izləyici sayını gizlətmə...

2 İyn, 2022
14:48
1893

“Instagram”a YENİLİKLƏR GƏLİR: Profil şəklini böyütmə, izləyici sayını gizlətmə...

“Instagram”da yeni funksiya üzərində iş aparılır.

Bu barədə mobil tərtibatçı Alessandro Paluzzi “Twitter”də məlumat verib.

Onun sözlərinə görə, istifadəçilər fotoşəkilləri bir toxunma ilə görəcəklər. Bunun üçün onların etməli olduğu yeganə şey istifadəçinin profil şəklinə uzun müddət toxunmaqdır. Nəticədə profil şəklini daha böyük formada görmək mümkün olacaq.

Funksiya hazırda inkişaf mərhələsindədir və beta test istifadəçiləri üçün açıq deyil. Ona görə də funksiyanın necə olacağı haqqında çox məlumat yoxdur.

Eyni zamanda, “Instagram”da digər funksiyalar üzərində işləyirlər. Bunlardan biri istifadəçilərin sevdikləri yazıları profilin yuxarı hissəsinə yerləşdirmələridir. Bu xüsusiyyət ağıllara “Twitter”i gətirir. Həmçinin “retweet”ə bənzər repost funksiyası da gəlir. Belə ki, istifadəçilər bir addımla başqalarının yazılarını öz profillərində post kimi dərc edəcəklər.

“Instagram” bunlarla yanaşı, istifadəçilərə izləyicilərinin sayını gizlətməyə imkan verəcək funksiya üzərində işləyir. Bir çox istifadəçi və brend izləyici sayını populyarlıq və etibarlılığın bir hissəsi kimi görür. Buna görə də sözügedən funksiya bəzi istifadəçilərə mənfi təsir göstərə bilər.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri