İyn
2022
20:47
480
20
1650
Virtual karabakh

Medvedçuku 15 ilə qədər həbs gözləyir

2 İyn, 2022
20:47
1650

Medvedçuku 15 ilə qədər həbs gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada dövlətə xəyanətdə ittiham olunan müxalif siyasətçi Viktor Medvedçuku 15 ilə qədər həbs cəzası gözləyir.

Bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosu xəbər verib.

“Təqsirləndirilən şəxsi əmlakı müsadirə olunmaqla və ya müsadirə olunmadan on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir”, – deyə büronun “Telegram” kanalında bildirilib.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti aprel ayında “Müxalifət Platforması - Həyat Naminə” partiyasının siyasi şurasının rəhbəri Medvedçukun saxlandığını elan edib. O, aprelin 12-də Ukrayna Silahlı Qüvvələrinin geyimində ölkədən qaçmağa cəhd edərkən yaxalanıb.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri