İyn
2022
16:35
276
27
1833
Virtual karabakh

Podolyak: “Kimsə Rusiyanı alçaltmamağı xahiş edərkən, bu ölkə yeni hücumlara əl atır”

5 İyn, 2022
16:35
1833

Podolyak: “Kimsə Rusiyanı alçaltmamağı xahiş edərkən, bu ölkə yeni hücumlara əl atır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya ukraynalıları öldürməkdə davam edir, bəziləri isə bu ölkəni alçaltmamağı xahiş edir. Moskva Avropadan sərt cavab almalıdır.

Bu barədə Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” hesabında yazıb.

“Kimsə Rusiyanı alçaltmamağı xahiş etdiyi halda, Kreml yeni məkrli hücumlara əl atır. Bu gün Kiyevə raket hücumlarının yalnız bir məqsədi var - mümkün qədər çox ukraynalının öldürülməsi. Hər bir belə terror aktı Avropa paytaxtlarından sərt cavab almalıdır - yeni sanksiyalar və daha çox silah”, - Podolyak qeyd edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Kiyevə raket hücumu olub. Paytaxtdadə beşə yaxın partlayış baş verib. Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, partlayışlar şəhərin Darnitski və Dneprovski rayonlarında baş verib.

Bir müddət sonra Kliçko atəş nəticəsində bir mülki vətəndaşın yaralandığını bildirib. Xoşbəxtlikdən ölən olmayıb.

Mənbə: rbc.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri