İyn
2022
21:15
248
19
4475
Virtual karabakh

Türkiyədə saxlanılan Moldova təyyarəsi Kişinyova qayıdır - YENİLƏNİB

5 İyn, 2022
21:15
4475

Türkiyədə saxlanılan Moldova təyyarəsi Kişinyova qayıdır - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Air Moldova” türkiyəli kreditoru ilə problemlərin həll edildiyini açıqlayıb.

“Antalyaya və əks istiqamətdə uçuşlar bu gün saat 20:30-dan bərpa olunacaq”, - şirkət bazar günü “Facebook” səhifəsində məlumat verib.

Aviadaşıyıcı dəqiqləşdirib ki, bir müddət öncə türkiyədə saxlanılan “Airbus A321” təyyarəsi sərnişinlərlə birlikdə bu gün Antalyadan Kişinyova qayıdır.

Bazar günü gecikən “Airbus A319” isə Türkiyədən Moldova paytaxtına bazar ertəsi qayıdacaq.

18:40

Antalya hava limanında Moldova sərnişin təyyarəsi saxlanılıb.

Bu barədə iyunun 5-də “Air Moldova” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sərnişinlər Antalya hava limanında 9-14 saat vaxt keçirməli olublar.

Moldova mediası təyyarənin aviadaşıyıcının türk şirkətlərinə olan borclarına görə saxlanıldığını yazıb. “Air Moldova” isə bu məlumatları təkzib edib.

“Hazırda “Air Moldova”nın Türkiyə provayderinə faktiki olaraq heç bir borcu yoxdur”, - aviaşirkətin press-relizində qeyd edilib.

Mənbə: rossaprimavera.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri