İyn
2022
22:12
159
10
1616
Virtual karabakh

İtaliyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı

6 İyn, 2022
22:12
1616

İtaliyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Ankaradakı səfiri Corcio Marrapodi Romada keçirilən PKK nümayişi ilə əlaqədar Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, səfirə Türkiyə tərəfinin hadisə ilə bağlı narazılığı çatdırılıb.

Görüşdə həmçinin PKK təbliğatının ictimai sahəyə sıçraması, QHT adı altında fəaliyyət göstərməsi, terrorçuların liderinə İtaliya bələdiyyələri tərəfindən fəxri vətəndaşlıq verilməsindən yaranan narahatlıq ifadə edilib.

Bundan əlavə, terror təşkilatı və onun havadarlarının bu cür əməllərinin qarşısının alınması tələbləri təkrarlanıb, İtaliya hökumətinin terrorla mübarizədə məsuliyyəti vurğulanıb.

Mənbə: TRT

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri