İyn
2022
01:40
15
149
1282
Virtual karabakh

Ukaynada müharibə başlayandan bəri ilk dəfə Çernobılda radiasiya detektorları işə salınıb

9 İyn, 2022
01:40
1282

Ukaynada müharibə başlayandan bəri ilk dəfə Çernobılda radiasiya detektorları işə salınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Ukaynaya hərbi müdaxiləsindən sonra ilk dəfə Çernobıl İstisna Zonasında radiasiya detektorları işə salınıb.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) məlumat yayıb.

Bildirilir ki, radiasiya monitorinqi şəbəkəsi fevralın 24-də, Rusiya qoşunları Çernobıl zonasını işğal edəndən fəaliyyətini dayandırmışdı (ərazi martın 31-dək Rusiyanın nəzarətində olub).

İndi isə  IRMIS (Beynəlxalq Radiasiya Monitorinqi İnformasiya Sistemi) xəritəsində İstisna Zonasından məlumat göndərən 39 detektorun əksəriyyəti görünür. Alınan ölçmələr radiasiya səviyyələrinin normal olduğunu və münaqişədən əvvəlki ölçmələrə uyğun gəldiyini göstərir.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri